Cəmiyyət

Arayik İrəvanda nə axtarır?

Artıq iki gündür Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan İrəvanda bir sıra görüşlər keçirir. JAMAZ.İNFO xəbər verir ki, dünən Arayik Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla görüşüb.

Petrosyanın ofisindən bildiriblər ki, görüşdə Qarabağ ətrafında yaranmış vəziyyət, proseslərin gedişatı, sosial-iqtisadi məsələlər müzakirə olunub.

Dünən gecə isə Arayik Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Rəsmi məlumatlara görə, həmin görüşdə Qarabağdakı hərbi vəziyyət, “cəbhə xətti”ndəki durum, rus sülhməramlılarının fəaliyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Arayik Harutyunyanın Ermənistanda yeni hökumət qurulandan sonra görüşlərə başlaması səbəbsiz deyil. Aydın məsələdir ki, proseslər artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, Harutyunyanın da vəziyyəti Xankəndidə yaxşı deyil. Müharibədən sonra ciddi mövqe və nüfuz itkisinə uğramış separatçıların rəhbəri keçirdiyi görüşlərlə gələcək aqibətini müəyyən etməyə çalışır.

Maraqlı məqamlardan biri də odur ki, Arayik Harutyunyan həm müxalifət lideri Levon Ter-Petrosyanla, həm də hakimiyyətin nümayəndəsi Karapetyanla görüşür. Belə bir ziddiyyətli görüşün nəyə hesablandığı, nə məqsəd daşıdığı məhz bu səbəbdən tam aydın olmur. Lakin gedişat fonunda belə bir güman yarana bilər ki, Harutyunyan hər iki tərəfdən dəstək almağa çalışır. Və ya gedişat Arayikin xeyrinə deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button