Cəmiyyət

ANAMA sədrindən mina təhlükəsi ilə bağlı xəbərdarlıq

Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib.

Jamaz.info xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib:

“Ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button