Cəmiyyət

Açılan yeni stansiyaların qiymətlərə təsiri

“”Xocəsən” metrostansiyası açılan ərazidə 20 faizlik qiymət artımı gözlənilir”.

Jamaz.info xəbər verir ki, bu sözləri “Xocəsən” metrostansiyasının açılışının daşınmaz əmlak bazarına mümkün təsirlərini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məlum metrostansiyanın açılması daşınmaz əmlak bazarında bahalaşmaya səbəb olacaq:

“Əslində yaşayış və ya qeyri-yaşayış massivi olmasından asılı olmayaraq, həmin ərazidə tələbatın yüksəlməsi qiymət artımına təsir edir. Xüsusən də avtomobil yollarının yaxşı olması, marşrutun fəaliyyəti, təhsil ocaqlarının və iaşə obyektlərinin mövcudluğu bu qiymətə bilavasitə təsir edir. Hər hansısa əraziyə metro xəttinin çəkilməsi qiymət artımına təsirsiz ötüşmür. Bu gün Abşeron yarımadasında metrostansiyaların sayı məhduddur və ona görə də həmin ərazilərdə tıxac problemi daha qabarıqdır. Eyni zamanda vətəndaşların əksəriyyəti metro olmayan ərazidən kirayə ev istəmirlər. Nəticədə metrodan kənarda yerləşən mənzillərə tələbat oldquca azdır. “Xocəsən” metrostansiyasının açılması metroya yaxın küçələrdə yerləşən qeyri-yaşayış obyektlərinin də sayını artıracaq. “Xocəsən” metrostansiyası açılan ərazidə 20 faizlik qiymət artımı gözlənilir. Əgər zamanla ərazidə infrastruktur yaxşı formada qurularsa, bu da qiymət artımına səbəb olacaq. Sözügedən ərazilərdə əsas problem sənədlər və çıxarışlarla bağlı ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button