Cəmiyyət

ABŞ vətəndaşlarına çağırış etdi: “Azərbaycan və Ermənistana səfər etməyin”

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanda yaşayan və ya səfər edən vətəndaşlarına xəbərdarlıq edib. JAMAZ.İNFO xəbər verir ki, həmin xəbərdarlıqda Departament ABŞ vətəndaşlarından Ermənistana və Qarabağa səfərlər etməməsini istəyib.

Bu barədə yayılmış məlumatda qeyd olunur ki, belə bir çağırışa səbəblərdən biri kimi, koronavirus göstərilib. Digər səbəb kimi isə hər iki ölkənin sərhəddinəd yaşanan gərginlik vurğulanıb. “Vətəndaşlarımızdan xahiş edirik ki, Ermənistana və Dağlıq Qarabağ ərazilərinə öz təhlükəsizlikləri baxımından səfərlər etməsinlər”.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti analoji çağırışla 44 günlük Qarabağ müharinbəsindən iki gün əvvəl də çıxış etmişdi. Həmin vaxt Vaşinqton hökuməti vətəndaşları Azərbaycan və Ermənistana səfər etməməyə çağırmışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button