Cəmiyyət

144 milyon mənimsədiyi deyilən keçmiş nazirin həbs müddəti uzadıldı

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxılıb.
Jamaz.info
 APA-ya istinadən xəbər verir ki, keçirilən prosesdə vəsatət təmin edilib.
Rafael Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button