Cəmiyyət

1 şəhər və 4 rayonda qaz kəsiləcək

Bu gün 1 şəhər və 4 rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Jamaz.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, payız-qış mövsümünə hazırlıqla bağlı “Mingəçevir 1-ci xətt”, “İmişli-1” və “İmişli-2” qaz ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində, həmçinin “Qax” QPS-də görüləcək profilaktik sazlama və quraşdırma işləri ilə əlaqədar iyunun 23-də saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İmişli və Qax rayonlarının, eləcə də Mingəçevir şəhərinin tam olaraq, Yevlax və Saatlı rayonlarının isə kiçik bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button