Cəmiyyət

Əli Kərimli: “Paşinyan Rusiyaya qalib gəldi”

“Paşinyan Köçəryana və onun arxasındakı Rusiyaya qalib gəldi. Səslərin hamısı sayıldıqdan sonra məlum olub ki, Paşinyanın partiyası 53.92%, onun əsas rəqibi Köçəryanın seçki bloku isə 21.04% səs toplayıb”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər AXCP sədri Əli Kərimliyə məxsusdur.

Partiya lideri bildirib ki, Azərbaycan ordusu qarşısında yaşadığı hərbi məğlubiyyətə və Rusiyanın bütün gücü ilə Köçəryanı dəstəkləməsinə rəğmən, erməni xalqı Paşinyana sahib çıxdı. “Ermənilər hətta bu ağır hərbi məğlubiyyətdən sonra da Xocalı qatili, korrupsioner, oğru, avtoritar Köçəryanı hakimiyyətə buraxmadı”.

Onun sözlərinə görə, moldavanların, gürcülərin ardınca, ermənilər də sübut etdilər ki, xalqlar istəyəndə artıq bu coğrafiyada da  Rusiyanın istəmədiyi siyasi qüvvə hakimiyyətə gələ və hakimiyyətdə qala bilir. “Avtoritar Rusiya hakimiyyətinin himayəsinə sığınmış rejimin yandaşları xalqımızı Rusiya ilə az qorxutsun. O gün uzaqda deyil ki, Azərbaycan xalqı da gerçək müstəqillik, azadlıq və ədalət tərəfdarlarını hakimiyyətə gətirib, oğru və korrupsionerlər hakimiyyətini tariximizin ucqar bir küncünə atacaq. Özünüzə, xalqın gücünə inanın, əziz həmvətənlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button