Araşdırma

Ermənistanın baş naziri, yoxs, Fransanın səfiri? – Paşinyan Parisin “müdafiəsi”nə qalxıb  

“Qarabağa çatdırılma yoxdur. Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində Qarabağda humanitar vəziyyət günü-gündən ağırlaşır. Rusiya sülhməramlıları da bu imkandan məhrumdur. Laçın dəhlizi tamamilə bağlanıb. Azərbaycan ritorikası və təbliğatı, xüsusən də Qarabağ istiqamətində davamlı olaraq intensivləşir. Azərbaycanın Ermənistana qarşı əsassız ittihamları dayanmır”. JAMAZ.İNFO xəbər verir ki, bu əsassız iddia ilə Ermənistanin baş naziri Nikol Paşinyan çıxış edib.

O deyib ki, Azərbaycan Ermənistandan Ermənistan ordusunun hissələrinin Qarabağdan çıxarılmasını tələb etməkdə davam edir. “Bir daha qeyd edirəm. Qarabağda erməni ordusu yoxdur. Qarabağda Qarabağ “müdafiə ordusu” fəaliyyət göstərir. Onun mövcudluğunun səbəblərini hər gün Azərbaycanın rəsmi təbliğatında və əməllərində tapmaq olar. Bunun ört-basdır edilməmiş mahiyyəti Qarabağ ermənilərini etnik təmizləmə və soyqırıma məruz qoymaqdır”.

Paşinyan Azərbaycanın Fransa əleyhinə bəyanatlarına da reaksiya verib. O deyib ki, Bakının məqsədi başqadır. “Azərbaycan aylardır Fransaya qarşı genişmiqyaslı əks-təbliğat aparır, həm rəsmi, həm də ictimai platformalarda. Çünki Fransa Azərbaycanın Qarabağ ermənilərinə qarşı atdığı qanunsuz addımlar barədə məqsədyönlü həyəcan təbili çalır”.

Paşinyan qeyd edib ki, Fransaya qarşı aparılan təbliğat guya, Qarabağda yaranmış humanitar böhranı digər ölkələrin qiymətləndirməsinə mane olmaqdır. “Ermənistan Respublikası da öz növbəsində Fransaya təşəkkür edərək, bütün tədbirləri görməlidir ki, Qarabağda yaranmış humanitar böhranla bağlı daha çox ölkə və beynəlxalq təşkilat müvafiq qiymətlər versin. Bütün bu vəziyyətə cavabımız davamlı diplomatik iş olmalıdır. Mənəvi, siyasi və emosional baxımdan nə qədər ağır olsa da, heç bir halda özümüzə nəzarəti itirməməliyik”.

P.S. Paşinyan özünü Ermənistanın baş nazirindən daha çox, Fransanın səfiri kimi aparır. İndi özü qərar versin ki, səfirdir, yoxsa baş nazir. Azərbaycanın Fransaya qarşı tutumunun Ermənistana heç bir aidiyyatı yoxdur. 

Qaldı, Qarabağa, Paşik müəllim, narahat olmasın. Orada heç kim nə etnik soyqırım aparmaq niyyətindədir, nə də belə bir şeyi ağlının ucundan keçirmir. Bir də, Azərbaycan və azərbaycanlılar erməni deyillər ki, Xocalıddakı kimi soyqırım törətsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button