Sosial

Türkiyə vətəndaşları Azərbaycana təxliyə olunacaq?

Dünəndən etibarən quru yolu vasitəsi ilə 201 nəfər vətəndaşımız zəlzələ bölgəsindən təxliyə olunub.

Bunu Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü bildirib ki, onların arasında bir neçə Türkiyə vətəndaşı da var:

“Onlar da təxliyə olunublar. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar. Bu gün neçə nəfərin təxliyə olunacağı hələ tam dəqiq deyil. Bu, yalnız siyahıya alınmadan asılıdır. Ondan sonra tam dəqiq say deyə bilərik”.

Zəlzələ bölgəsindən Türkiyə vətəndaşlarının təxliyəsinin davam etdirilməsinə gəlincə, A.Hacızadə qeyd edib:

“Bu, ehtiyaclardan və siyahıya alınmadan asılıdır. Amma Azərbaycan tərəfi bütün istiqamətlərdə vətəndaşlarımıza və ehtiyacı olan şəxslərə yardım etmək istiqamətində səylərini davam etdirir. Dünən təxliyə olunanların arasında 3 Türkiyə vətəndaşı da olub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button