Sosial
Səhiyyə naziri: “Karanatin rejimini tam ləğv edə bilmərik”
“Azərbaycanda xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Nazir qeyd edib ki, hazırda koronavirusla bağlı çox az məhdudiyyət qüvvədədir. “Maska rejimi ləğv olunub, indi tək-tük məhdudiyyətlər var. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki, istənilən halda, koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq. Ona görə də məhdudiyyətlərin hamısını birdən ləğv edə bilmərik”.