
Sosial
Qadağaların ləğvi ilə bağlı təkliflər Operativ Qərargaha göndərildi
“Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib”. Qaynarinfo xəbər verir ki, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.