
Sosial
Qəzadan sağ çıxan hərbçilər danışdı: “Helikopter yerə çırpılandan sonra…” – VİDEO
“30 noyabr 2021-ci ildə bizdə praktiki atışlı təlim-məşq uçuşları olmalı idi. Səngəçal aeroodromundan qalxıb “Qaraheybət” aviasiya poliqonuna getməli idik. İstiqamət üzrə getdik”.
JAMAZ.info xəbər verir ki, bunu Real TV-yə açıqlamasında helikopterdə yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib. O, sərnişin kabinəsində olduğuna görə tam təfərrüatı ilə deyə bilməyəcəyini söyləyib:
“Enişi yerinə yetirmə mərhələsində helikopter qəzası baş verdi. Heç bir nasazlıq hiss olunmadı. Amma helikopterin yerə çırpılma anından sonra ikimizi də helikopterdən bayıra atdı. Qalanını xatırlamıram”.