Notariusların fəaliyyəti ilə bağlı yenilik
Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri qəbul etmələri ilə bağlı məsələlər (apostil, leqallaşdırma) təkmilləşdirilir.
Jamaz.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, notariuslar artıq “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə (apostil) verildikdə də xarici ölkələrdə tərtib edilmiş sənədləri qəbul edəcəklər. Bu zaman elektron formada verilmiş şəhadətnamə (apostil) “Notariat haqqında” qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.