Sosial

İpoteka kreditlərinin verilməsi qaydasında dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Jamaz.info  xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilir:

– 3.2.1-ci yarımbəndin 1-ci, 1-1-ci və 2-ci abzasları aşağıdakı redaksiyada verilsin:

“1. şəhidin övladları;

– Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları.

– Azərbaycanın Milli Qəhrəmanının övladları;”.

– 3.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.9 – 3.2.11-ci yarımbəndlər əlavə edilsin:

“3.2.9. şəhid ailəsinin üzvü (əri/arvadı);

3.2.10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);

3.2.11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).”.(trend)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button