Sosial

70 ailə çörəksiz qala bilər

Massalı rayonunda 70 ailənin yeganə dolanışıq yeri olan 6 hektarlıq xiyar sahəsi susuzluqdan yanır.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya Qızılağac kənd sakini, fermer Anar Abbasov məlumat verib. O, şikayət məktubunda problemlə əlaqədar olaraq dəfələrlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rayon suvarma İdarəsinə müraciət etsə də səsinin eşidilmədiyini bildirib:
“Damlama qaydasında 6 hektar xiyar əkmişəm, amma onu suvara bilmirəm. Xiyar elə tərəvəzdir ki, ən azı iki gündən bir suvarılmalıdır. Əkində 17 insanın əməyi keçib, məhsul yığımında isə 65-70 insan işləyəcək. İndiki şəraitdə böyük iş yeridir. Buna baxmayaraq, aidiyyatı qurumlar bizim şikayəti dinləmir, hər şeyin üstündən keçirlər, sanki mən onlara şikayət etməmişəm kimi. Xiyar sahəsi suvarılmır. Aidiyyatı qurumlar bizə yardım etməkdən imtina edirlər. Bizim sahəyə su gələn arxdan 1000 metr qabaqda bir fermerin yonca sahəsi var. Onun ot sahəsinin suvarılması üçün Ekologiya və Təbbi Sərvətlər Naziriyi tərəfindən qadağan olunmuş böyük həcmli su nasosu quraşdırılıb. Dəfələrlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rayon suvarma idarəsinə müraciət etmişəm. Amma orada məni eşidən yoxdur”.
Fermer bildirib ki, ot sahəsinə qeyri-qanuni  qoyulan nasos oradan götürülməsə 70 ailə ac qalacaq:
“Dedim ki, gəlin yoxlayın, belə olmaz. Burada 70 nəfər işləyir, atasız, xəstə, imkansız, hətta gündəlik Rayon İcra Hakimiyyətinin binasının qarşısında iş istəyənləri belə işlə təmin etmişəm. Arxamız, dayağımız, pulumuz yoxdur deyə bizi eşitmirlər. Həmin fermerin ərazisinə qoyulan nasosu oradan təcili götürmək lazımdır. Mən bu barədə şöbəyə deyəndə qurumdan mənə dedilər ki, nasosun sahibi onun üçün icazə alıb. Bu nasos 10 nəfərin suyunu götürür”.
Məsələ ilə bağlı şikayətçinin ittiham etdiyi Ekologiya və Təbbi Sərvətlər Naziriyi ilə əlaqə saxladıq. Nazirliyin nümayəndəsi İradə İbrahimova problemin araşdırılacağını dedi. Sorğunun həmçinin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə də ünvanladıq. Sözü gedən qrumdan bildirdilər ki, məsələ araşdırılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button