
Sosial
Əmək pensiyasının minimum məbləği artırılır
Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.
Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.