XİN: “Təxribatlardan əl çəkin, sərhədlərin delimitasiya və demarkasiyasına hazırıq”
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatı pisləyib. JAMAZ.İNFO-nun xəbərinə görə, nazirliyin hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Ermənistan tərəfinin iki dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin məqsədyönlü şəkildə bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir. “Tərəfimizdən bu kimi təxribatların yolverilməzliyini bir daha vurğulayır və sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu həllinin vacibliyini vurğulayırıq. Azərbaycan iki dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır. Ermənistanı beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, əsassız şəkildə sərhəd məsələsində gərginliyi artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırırıq”.