Siyasət

Vaşinqtonda qapalı danışıqlar: Xankəndi məsələsi bitdi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton danışıqları davam edir: danışıqların neçə gün davam edəcəyi dəqiq açıqlanmasa da, bu həftə nəzərdə tutulduğu deyilir və bu o deməkdir ki, ABŞ Bakı və İrəvan arasında sülh sazişi üzrə konkret nəticələrin əldə edilməsinə çalışır.

Jamaz.info Publika.az-a istinadən xəbər verir ki, danışıqlarda sülh sazişi üzrə “yol xəritəsi”nin hazırlanması üzrə müzakirələrin aparıldığına dair məlumatlar var.

Danışıqları işıqlandıran “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, yüksək rütbəli amerikalı diplomatlar konkret hansı məsələlərin müzakirə edildiyini açıqlamasalar da, Vaşinqtonun yekun nəticə əldə etmək istədiyini təsdiq edirlər.

Amerikalı diplomatlardan biri Azərbaycan və Ermənistan danışıqlarında sülh sazişi üzrə layihənin hazırlanması planını olduğunu bildiririb. Müqavilə layihəsinin rəsmi adı belədir: “Münasibətlərin tənzimlənməsi haqqında saziş”.

Adı açıqlanmayan amerikalı diplomat qeyd edib ki, məqsəd münasibətlərin hərtərəfli nizamlanmasına nail olmaqdır: “Burada bütün msələlər müzakirə olunur və olduqca çətin prosesdir”.

“Azatutyun” yazır ki, danışıqlarda Qarabağ məsələsi də müzakirə olunur: “Lakin Dövlət Departamentinin nümayəndələri “öz müqəddəratını təyin etmə” hüququndan danışmayıblar. Onların fikrincə, “etnik azlıqların hüquq və təhlükəsizliyini necə qorunacağını” müzakirə etmək lazımdır”.

Bu, Qarabağın Azərbaycan ərazisi olaraq tanınması, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasının həyata keçirilməsi və bölgədə yalnız Azərbaycan vətəndaşlığı altında yaşaması deməkdir. Danışıqlara “öz müqəddəratının təyin etmə” məsələsinin ümumiyyətlə daxil edilməməsi ilə Xankəndindəki separatçıların da taleyi həll olunur. Azərbaycan bayrağı altına yaşamaq istəməyənlər ya bölgəni tərk edəcəklər, ya da rəsmi Bakı tərəfindən neytrallaşdırılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button