Şarl Mişel: “Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq önəm daşıyır”
“İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə Kişinyovda Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair müzakirələri səbirsizliklə gözləyirəm”. JAMAZ.İNFP xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel özünün Twitter mikrobloqunda yazıb.
O, bunu bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət və sərhədlərin demarkasiyası istiqamətində irəliləyiş, eləcə də sərhəd bölgələrində riskləri azaltmağın bir yolu kimi vurğulayır.
Digər tvitində o qeyd edib ki, “Bakı ilə keçmiş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq hazırda böyük əhəmiyyət kəsb edir”.
O vurğulayıb ki, maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmaq vacibdir. Mişel həmçinin cəsarətli qərarların qəbul edilməsinə ehtiyac olduğunu bildirib.