Siyasət

“Rus sülhməramlıları erməni terrorunu dəstəkləyir” – Millət vəkili

“Bu terroru törədənlər Paşinyanın rəhbərlik etdiyi dövlətin xüsusi qurumları, əsgərləri və vətəndaşlarıdır. Ona görə də birbaşa terrorçu dövlətə rəhbərlik edən siyasətçinin kimisə terrorizmdə ittiham etməsi absurddur”.
Jamaz.info xəbər verir ki, bu sözləri millət vəkili Hikmət Babaoğlu Bakupost.az -a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın martın 5-də Qarabağda baş verən insident barədə fikirlərini şərh edərkən deyib.
Ermənistanın terrorçu dövlət olduğunu vurğulayan millət vəkili Azərbaycanın 30 il bu terrodan ziyan çəkdiyini deyib:
“Ermənistan bu gün də yenə Azərbaycan ərazisində terror törətməklə məşğuldur. Ərazilərimizə mina göndərmək, Qarabağda silahlı birləşmələr saxlamağa cəhd etmək, Azərbaycanın silahlı qüvvələrinə qarşı hücum təşkil etmək ən böyük terrordur. Ermənistanın Azərbaycan ərazisinə mina ixrac etmə siyasəti nəticəsində müharibədən sonra 250-yə qədər Azərbaycan vətəndaşı ya həyatını itirib, ya da müəyyən formada əlilliyə məhkum edilib. Bu özü cinayətdir”.
O, Paşinyanın diplomatik terroru da davam etdirdiyini qeyd edib:
“Paşinyan iki il yarım ərzində sülhə imza atmayıb. Bununla da regionda mümkün sülhü terrorizə edir. Onun terrorçu ölkəyə rəhbərlik edərək kimisə terrorçu adlandırmağa haqqı yoxdur”.
H.Babaoğlu məsələ ilə bağlı Rusiyanın mövqeyinə də toxunub:
“Törədilən terror Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə baş verib. Onlar da bu terrora göz yumur. Nəticədə üçtərəfli bəyanatın tələbləri pozulur. Sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər. Bu da dolayısı ilə terroru dəstəkləməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button