Siyasət
Prezident Ərdoğanla görüşdü – CHP-dən səfərə müsbət reaksiya
Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Jamaz.info xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) CHP-dən seçilən millət vəkili Atilla Sertel, bu görüşü yüksək dəyərləndirdiklərini deyib.
“Biz qardaş ölkələrik. Millətimiz birdir. Əlbəttə, indiki durumda Prezident İlham Əliyevin Türkiyəyə gəlməsi bizi məmnun edir. Azərbaycanın Türkiyəyə etdiyi yardımlar qardaş yardımıdır. Bütün dünya yardıma qaçdı, ancaq Azərbaycanın yeri bizim üçün ayrıdır”, – deyə Atilla Sertel vurğulayıb.