Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırır – XİN-dən cavab
“Baş nazir Nikol Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırır. Silahlı Qüvvələr Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi əməliyyata qarşı yalnız cavab tədbirləri görüb. Regionda sabitliyi pozan əsas amil Ermənistan silahlı qüvvələridir”.
Jamaz.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
“Beynəlxalq hüquqa və Üçtərəfli bəyanatın öhdəliklərinə zidd olan erməni qüvvələri Azərbaycandan tam olaraq geri çəkilməyib.
Bu qeyri-qanuni qüvvələr ətraf rayonlarda yaşayan və öz evlərinə qayıdan azərbaycanlıları təhdid etməklə yanaşı, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmətlə yanaşmalıdır”, – deyə o qeyd edib.