Rusiya Cənub Hərbi Dairəsinin komandir müavini, bir müddət əvvələ qədər Qarabağdakı rus sülhməramlıların komandanı Rüstəm Muradov məzuniyyətdən təcili olaraq geri çağırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Muradovun məzuniyyəti dekabr ayının 5-də başa çatmalıydı. Lakin Rusiyanın müdafiə naziri Sergey Şoyqu onu təcili geri gəlməyi tapşırıb. Yaxın günlərdə Rüstəm Muradovun əvvəlcə Ermənistana, ardından isə Bakıya səfər edəcəyi gözlənilir.
“Hraparak” yazır ki, Muradovun regiona səfəri ötən gün sərhəddə baş verən hadisələr və erməni təxribatı nəticəsində xeyli sayda əsirləri olmasıdır. Belə ki, Ermənistan Müdafiə Nazirliyi 13 əsgərinin əsir götürüldüyünü, 24 hərbçisinin isə aqibətindən xəbərsiz olduqlarını bildirib. Güman ki, Muradov Azərbaycan tərəfindən əsir götürülmüş ermənilərin geri qaytarılması üçün Bakı ilə danışıqlar aparacaq.