
Siyasət
Misir Prezidenti Bakıdan İrəvana getdi
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda səfərdədir.
Jamaz.info xəbər verir ki, bu barədə “Sputnik Armenia”yada məlumat qeyd olunub. Bu, Misir dövlət başçısının Ermənistana ilk səfəridir.
Onun həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir.
Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi İrəvana Bakıdan gedib. O, yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.