
Siyasət
Mina xəritələri kimdədir: Paşinyanın düşmənlərində, ya hansısa xarici kəşfiyyatda?
“ATƏT mina xəritələrinin Azərbaycana verilməsi üçün siyasi-iqtisadi müstəvidə İrəvana təzyiq göstərə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Stokholmdakı iclasında İrəvanın minaladığı Azərbaycan ərazilərinin xəritələrini vermədiyinə görə, ona əlavə təzyiqlər göstərilməsinə ehtiyac olduğu barədə fikrinə münasibət bildirərkən deyib:
Amma C. Nuriyev ATƏT Şurasının bu tədbirinin heç bir siyasi əhəmiyyətinin olmadığını da düşünür:
“Çünki Azərbaycanın ATƏT-in həmsədrlik institutuna ehtiyacı qalmayıb. Azərbaycan Dağlıq Qarabağ məsələsini özü həll edib. ATƏT-in Xarici İşlər Nazirlərinin toplantısında Azərbaycanın XİN rəhbərinin qaldırdığı məsələ Azərbaycan Prezidentinin dəfələrlə qaldırdığı məsələdir. Ermənilər xislətlərinə uyğun olaraq əsirlərlə mina xəritələrinin dəyişdirilməsini təklif etdi. Sonra məlum oldu ki, verilən mina xəritələrinin dəqqliyi 25 faiz həndəvərindədir. Bu hal onu gödtərir ki, İrəvan ya mina xəritələrini vermək istəmir, ya da həmin xəritələr onlarda deyil. Ehtimala görə, mina xəritələri Paşinyanın hərbçi rəqibləri tərəfindən ələ keçirilib və onlar da vermir ki, baş nazir çətin vəziyyətdə qalsın. Yaxud həmin xəritələr istənilən digər dövlətin xarici kəşfiyyatının əlindədir”.