Siyasət

İranın Baş Qərargah rəisi: Azərbaycanla problemimiz yoxdur

“Azərbaycanla İran arasında sərhəd məsələləri ilə bağlı heç bir problem yoxdur”.

Jamaz.info xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri söyləyib.

“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükürlər olsun ki, iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir”, – deyə iranlı general bildirib.

Qeyd edək ki, ötən gün Məhəmməd Baqiri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanla sərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərində hərbi hissələrə baş çəkib. Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb.

Onu İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button