Siyasət
İranda nazirlər səfirliyimizə hücumu müzakirə etdilər
İranın xarici işlər və daxili işlər nazirləri Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumla bağlı görüşüblər.
Jamaz.info İran KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daxili işlər naziri Əhməd Vəhidinin görüşü paytaxt Tehranda keçirilib.
Nazirlər Azərbaycan səfirliyinə hücum nəticəsində bir nəfəri öldürən və daha iki nəfəri yaralayan silahlı şəxsin mümkün məqsədləri və motivlərini müzakirə ediblər.
“İlkin sübutlara əsasən, sui-qəsdçinin hücumda tamamilə şəxsi motivi olub”, – deyə “Mehr” agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Tehrandakı səfirliyinin normal fəaliyyətinin davam etdirilməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülüb.