Siyasət

Gülməli iddia: Erməni hərbçiləri Qara göldə bizim əsgərləri “şoka” salıb?

Ermənistanın «Joxovurd” qəzeti gülməli məlumatla çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet Ermənistan əsgərlərinin Sünik istiqamətində Azərbaycan Ordusunu qəfil hərəkəti ilə əvvəl “şoka” salıb, daha sonra isə onu “mühasirəyə” alıb.

Belə ki, mayın 12-də Azərbaycan Ordusu dövlət sərhədlərimizi bərpa etmək məqasədi ilə Ermənistanla sərhədd ərazilərimizə hərbi birliklərimizin kiçik bir hissəsini yerləşdirib. Bunun ardından Ermənistan tərəfi hay-küy salaraq, guya, Qara Göl və daha bir neçə məntəqənin onlara aid olduğunu iddia edib. Lakin bunların da bir xeyri olmayıb. Ardından İrəvan Rusiyadan, xüsusən də KTMT-dən dəstək istəyib. 44 günlük müharibə dövründə olduğu kimi, baş nazir Nikol Paşinyan yenidən telefondan asılı qalıb və bütün ölkələrlə danışıqlar apararaq, Azərbaycanın guya, aqressiya göstərdiyini, Ermənistanın torpaqlarını “işğal etdiyini” deyib. Hətta Fransa prezidenti Emmuanel Makron İrəvana dəstəyini ifadə edərək, Azərbaycan Ordusunun ərazidən çəkilməsini istəyib. Lakin bunların da bir xeyri olmayıb.

İndi isə qayıdaq “Joxovurd” qəzetinin gülməli məlumatına. Qəzet yazır ki, Qara Göl ətrafında baş verənlər fonunda az qala Ermənistanla Azərbaycan arasında müharibə olacaqmış. “Bizə verilən məlumata görə, hadisədən dərhal sonra Ermənistan ordusuna ən yaxşı hərbi birliklərini götürərərk, mövqe tutmaları və qəfil hücumlar təşkil edərək, Azərbaycan Ordusunu geri çəkilməyə məcbur etmək barədə əmr olunub. Azərbaycan tərəfi erməni hərbçilərinin qısa müddətdə ətrafdakı yüksəklikləri nəzarətə alacağını, yerləşə biləcəyini və mühasirəyə düşürüləcəyini ağlına belə gətirmirmiş. Bu olaydan sonra onlar geri çəkilməli olublar”.

Erməni qəzeti baş qərargahdakı mənbələrinə istinadən daha bir gülməli məlumat yayaraq, bildirib ki, Ermənistan Müdafiə Nazirliyi eyni taktikadan Naxçıvan və Tovuz istiqamətində istifadə edilməsi barədə əmr verib və bütün hazırlıqları görüb”.

Bəli, erməni nəşri bir qədər də irəli gedərək, daha gülməli qənaətini yazıb. “Azərbaycanlılar başa düşürlər ki, Türkiyə, Pakistan və digər ölkələrin yardım olmadan yeni bir müharibədə ərazilərini yenidən itirəcəklər”.

P.S. 44 günlük müharibə zamanı Ermənistan ordusunun hansı “qüvvəyə” malik olduğunu gördük. “Bayraktar”ların səsini bu gün də eşidəndə qarınağrısına düşənlər, indi bizə hədə-qorxu gəlirlər.

Digər tərəfdən, Ermənistan hərbçiləri Azərbaycan Ordusunu necə “şoka” və “mühasirəyə” salıb ki, bu gün də əsgərlərimiz ərazilərimizi tərk etməyib və etməyəcək. Bu necə “şok” olub ki, Ermənistan nəinki Rusiyanı, bütün dünyanı köməyinı çağırır ki, Azərbaycan əsgərini bir addım geri atmasına nail olsun?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button