Siyasət

Fransa Senatında səfirliyimizə hücumla bağlı məsələ qaldırılacaq

Fransa Senatında Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə bağlı məsələ qaldırılacaq.

Jamaz.info xəbər verir ki, bu barədəModern.az-a açıqlamasında Fransa Senatının üzvü Natali Qule bildirib.

Onun sözlərinə görə, Fransa Senatının sabah keçiriləcək iclasında Azərbaycan səfirliyinə silahlı hücum edilməsinə də toxunulacaq və İranın məsuliyyətsiz davranışı pisləniləcək.

Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edilib. Silahlı hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, daha iki əməkdaş isə yaralanıb. Terror aktını törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button