Siyasət
Daha bir hüquq müdafiə təşkilatın əfvlə bağlı müraciət etdi
Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu böyük bir qrup məhbusun azad edilməsi xahişi ilə ölkə prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə Turan-a Monitorinq Qrupunun üzvü, Qadınların hüquqlarını müdafiə cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, hüquq müdafiəçiləri hesab edirlər ki, qarşıdan gələn Novruz bayramı böyük bir qrup məhbusun, o cümlədən siyasi məhbusların əfv edilməsi üçün yaxşı fürsətdir.
Bir müddət əvvəl Bakı İnsan Hüquqları Klubu da dövlət başçısını əfv sərəncamı imzalamağa çağırıb və 110 nəfərdən ibarət siyahı təqdim edib.