Siyasət

Bayden: “İslahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq”

“Qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq”.
Bu fikir Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.
Mayın 31-də Bakıda Enerji Həftəsi çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı olub.
Baydenin məktubunu ABŞ Dövlət katibinin köməkçisi Cefri Payat oxuyub.
Məktubda vurğulanıb ki, 30 ildən artıqdır Azərbaycan və Birləşmiş Ştatlar transmilli təhdidlərə qarşı mübarizədən tutmuş, inklüziv iqtisadi artımın təşviqinə qədər möhkəm tərəfdaşlıq qurublar.
Müraciətdə Azərbaycanla enerji sahəsində əməkdaşlıqdan bəhs edilir: “Bu istiqamətlərdə iş gördüyünüz, o cümlədən qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq”.
İyunun 5-nə kimi davam edəcək Enerji Həftəsində Bakıda enerji məsələlərinə dair bir sıra beynəlxalq tədbirlər keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button