Siyasət

Azərbaycanı erməni təxribatından qorumaq lazımdır – Fransalı siyasətçi

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın gələn ay Azərbaycana səfəri gözlənilir. XİN başçısının Bakıda bir sıra görüşlər keçirməsi planlaşdırılır. Məlumata görə, danışıqlarda Fransa-Azərbaycan münasibətləri ilə bərabər, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Cənubi Qafqaz səfərinə hazırlaşan Ketrin Kolonna Azərbaycanla yanaşı, Ermənistana da gedəcək.

Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambert xanım nazirin Bakı səfəri barədə fikirlərini Modern.az-la bölüşüb.

O bildirib ki, fransız nazirin bölgəyə gəlişi vəziyyəti dəyişməyəcək.

“Fransalı nazir həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Amma şəxsən mən xanım nazirin gəlişindən heç nə gözləmirəm. Bunun bir neçə səbəbi var. Birinci səbəb olaraq bildirim ki, ölkəmizin siyasəti bu qədər balanssızdır. Bu illər ərzində Fransa hadisələri yalnız bir tərəfin mövqeyi əsasında görüb. İkinci tərəfə şans tanımayıb, ona görə düşünürəm ki, burada balansdan söhbət gedə bilməz”.

Fransalı siyasətçi hesab edir ki, XİN başçısının Azərbaycana gəlişi o qədər də mühüm əhəmiyyət kəsb etmir: “Sadəcə balansı pozmamaq görüntüsü yaratmaq istəyirlər. Mən düşünürəm ki, xanım nazir Azərbaycana gələnə qədər Ermənistan tərəfinin təxribatlarından qorunmaq lazımdır. Bu səfərə qədər erməni təxribatlarının çoxalmasından qorxuram”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button