
Siyasət
Azərbaycan və Ermənistan rəsmiləri görüşdü: Sərhəd dəqiqləşdirilir
Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək üçün Tex-Kornidzor bölgəsində görüşüblər.
Jamaz.info erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Erməni tərəfinin məlumatında qeyd olunur ki, danışıqlar səbəbindən “bu bölgədə vəziyyət xeyli yaxşılaşıb”.
Ermənistan Milli Təhlükəsizlik Xidməti danışıqların nəticəsi barədə əlavə məlumat veriləcəyini bildirib.(bakupost)