Siyasət

Aleksandr İsgəndəryan: “Rusiyanın təzyiqləri ilə Bakı ilə İrəvan arasında kommunikasiyalar bərpa olunacaq”  

“Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın daxili siyasətində oynamağa davam etdikcə, Qarabağ məsələsi aradan qalxmayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

O iddia edib ki, Əliyev hal hazırda erməni ictimaiyyəti üzərində təsir imkanları əldə etmək üçün bir sıra addımlar atır. “Erməni cəmiyyətindəki parçalanma davam edəcək. Hakimiyyətin reytinqi aşağı düşməsin deyı, o heç yerə getməyəcək, elə olduğu yerdə qalacaq. Lakin həmişə yüksək reytinqli olmaq da mümkün deyil”.

Erməni politoloq deyir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası prosesi, habelə kommunikasiyaların açılması məsələsi gündəmdədir. “Bu proses ya Rusiyanın təzyiqi, ya da vasitəçiliyi ilə davam edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button