Siyasət

Ərdoğan: “Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib”

“Vətən müharibəsi dövründə Azərbaycan xalqı həmrəylik göstərərək heç bir fədakarlıqdan qaçmadı”. Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.
“Ermənilərin dinc sakinləri hədəfə aldığı hücumlara baxmayaraq, Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmayıb. Müharibə şəraitində belə türk və müsəlman olmanın əsalətini unutmayan azərbaycanlı qardaşlarımızı öz adımdan və millətimin adından təbrik edirəm. Canları bahasına Qarabağı işğaldan azad edən əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Həmd olsun, bu gün ulduz və hilal Qarabağ səmasında qürurla dalğalanır”, – o qeyd edib.
Türki prezidenti bildirib ki, Ermənistanın sentyabrın 27-də başlatdığı hücumun ardından şanlı Azərbaycan Ordusu işğal altındakı Qarabağı və ətraf əraziləri azad etmək üçün uğurlu əməliyyat gerçəkləşdirib: “Öz ərazilərində verdiyi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib. Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button