Ölkə içi

Ravvindən Azərbaycana dəstək: “Aİ yəhudlilərə qucaq açan Azərbaycana dəstək verməlidir”

Almaniyanın baş ravvini Avixal Apel Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunmuş mərasimində çıxışı zamanı Azərbaycandan danışıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı hazırda Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu yayıb.

Avixal Apel çıxışı zamanı deyib ki, şiə ölkəsi olan Azərbaycan əsrlər boyu yəhudilərə qayğı göstərib. Azərbaycanda antisemitzmin olmadığını deyən A.Apel ürəyini yəhudilərə açan və İsraildə səfirliyi olan Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrindən lazımi dəstək almadığını vurğulayıb.

O, təəssüflə qeyd edib ki, dəstək əvəzinə Fransa Senatı Avropanın təhlükəsizliyini, sərhədlərini qoruyan və vicdanlı mövqeyi ilə seçilən Azərbaycandan neft və qaza embarqo qoyulmasına çağırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button