Qarabağdan qaçırılan 100 minlik maşın İrəvanda “hədiyyə” edildi
Qarabağda qaçaraq, qorxularından İrəvana sığınmış separatçıların hansı sərvətlər və mülkləri Xankəndidən qaçırdıqları bir-bir üzə çıxır. JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl Ermənistan İstintaq Komitəsi Ağdərə, Xankəndi və Xocavənd “mer”lərinin onlarla avtomobili Qarabağdan çıxararaq, İrəvanda öz mülkləri siyahısına əlavə etdiklərini aşkarlamışdı. Hətta bununla bağlı həbslər də həyata keçirmişdi.
Dünən isə məlum olub ki, təkcə, “mer”lər deyil, separatçıların digər nümayəndələri də analoji fəaliyyətlə məşğul olublar. Tribunainfo.az “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, 2017-ci ildə “Artsakhenergo” PB adlı qondarma qurumun balansında olan, dəyəri 100 min dollar hesab edilən “Lexus LX 570” markalı avtomobil şirkətin direktoru Artyom Harutyunyi Kyuregyan tərəfindən “GM Holding”in rəhbəri Arsen Mikayeli Seyranyana hədiyyə edilib.
Qeyd edək ki, Mikayeli Seyranyan Ermənistanın varlı şəxslərindən biri hesab olunur və onun təkcə İrəvanda 10-da çox bahalı mülkü var.