
Ölkə içi
Qarabağda daha 4 erməni koronavirusdan öldü
Müharibədən sonra acınacaqlı durumda olan, habelə aclıq və səfalət içində yaşadıqları hətta separatçılar tərəfindən etiraf olunan Qarabağdakı ermənilər arasında koronavirus sürətlə yayılır. JAMAZ.İNFO xəbər verir ki, son bir həftədə 3 dəfə artan yoluxma nəticəısində ölənlərin sayı da artıb.
Belə ki, noyabrın 6-da 91 nəfərin koronavirusa yolxuduğu və 1 nəfərin öldüyü qeyd edilirdisə, bu gün yoluxma sayı 106 nəfərə, ölüm isə 4-ə çatıb.
Son məlumata görə, Xankəndidə hazırda 146 nəfər koronavirusa yoluxmuş şəxs xəstəxanada müalicə alır. Onlardan 85-nin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, son bir ayda Qarabağda koronavirusdan ölən ermənilərin sayı 20 nəfərdən çoxdur.