
Ölkə içi
Novruz bayramında əfv olacaq?
Novruz bayramı ərəfəsində Əfv sərəncamı imzalanmayacaq.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlməmməd Nuriyev deyib.
Komissiya üzvü bu sərəncamın il ərzində bir dəfə verildiyini vurğulayıb:
“Əfv sərəncamının nə vaxt verilməsini Prezident İlham Əliyevin səlahiyyətindədir. Əfv sərəncamının mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində verilməsi gözlənilir”.