
Ölkə içi
Naxçıvanın sabiq rəhbəri vəfat etdi
Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş İmran Mehdiyev vəfat edib.
Modern.az xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.
İmran Mehdiyev 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979–1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.
Daha sonra İsmayıllı rayon komitəsinin birinci katibi vəzifəsini tutan iqtisad elmləri doktoru müstəqillik illərində (1991–1999) Sənaye və tikinti materialları nazirinin birinci müavini postunu icra edib.