Ölkə içi
Naxçıvanın işdən çıxarılan prokuroru saxlanılıb?
Bir neçə gün əvvəl işdən azad edilmiş Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev saxlanılıb.
Jamaz.info xəbər verir ki, o, işdən çıxarılan kimi, qandallanaraq Bakıya gətirilib.
Sabiq prokurorun hansı orqan tərəfindən saxlanıldığı, barədə məlumat verilmir.
Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncamı yanvarın 31-də imzalayıb.(Bakupost.az)