Ölkə içi
Naxçıvanda azad iqtisadi zona yaradılacaq
Naxçıvan Muxtar Respublikasında Azad iqtisadi zona yaradılacaq.
Jamaz.info xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Layihənin əsas icraçısı İqtisadiyyat Nazirliyidir.
Bu, ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafına xidmət edəcək.