Ölkə içi

Naxçıvan prokurorluğunda yeni təyinatlar

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişiklikləri olub.

Jamaz.info xəbər verir ki, bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub.

Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button