Ölkə içi
Müəllimlər valideynlərə zəng edir: “Onlayn tədrisə keçiləcək” – Ekspert
“Bizdə olan məlumata görə, bəzi müəllimlər mövcud vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Bu gün orta ümumtəhsil müəssisələrində müəllimlər şagirdlərə dərslərə gəlməməsi ilə bağlı məlumatlar verirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bunun çox yanlış bir addım olduğunu vurğulayıb. Kamran Əsədov hazırda epidemiloji vəziyyətin o qədər də təhlükəli olmadığını önə çəkib:
“Hazırda tədrisin normal davam etməsi üçün ciddi bir təhlükə yoxdur. Müəllimlərin bunu etməsi şagirdlərin təhsil almaq hüququnu məhdudlaşdırmağa gətirib çıxardır. Hesab edirəm ki, müəllimlər buna yol verməməlidirlər. Dərslər 14 gün və ya uzun müddətli distant təhsilə keçəcəyi halda bəzi müəllimlər ümumiyyətlə dərs keçmirlər. Bəzi şagirdlərin isə distant təhsilə keçəcəyinə dair resursları yoxdur. Yəni kompüter, planşet, telefonu yoxdur ki, onlayn dərslərdə iştirak eləsin. Bəzi fənlərin onlayn qaydada keyfiyyətli tədrisi də mümkün deyil”.
Kamran Əsədov hesab edir ki, şagirdlərə bu tipli əsassız fikirləri, məlumatları çatdıran müəllimlərə müəyən qədər tənbeh tətbiq edilməlidir ki, onlar normal tədrisin axınına mane olmasınlar.