Ölkə içi
“Moskva İranı razı salacaq”
“Zəngəzur dəhlizinin açılması ilə bağlı geosiyasi mərkəzlər arasında yekdil fikir var. İstisna İran idi ki, o da müəyyən şərtlər əsasında artıq razılaşa bilər. Moskva İranın razılığını almaq məsuliyyətini öz üzərinə götürdü”. JAMAZ.İNFO bildirir ki, bu fikirlər politoloq Davit Karapetyana məxsudur.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan sinxron hərəkət edirlər. “Onlar deyirlər ki, əgər Ermənistan tərəfi 10 noyabr sənədindən imtina etməsə, o zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Çünki orada imzası var”.
Karapetyan onu da deyib ki, sülh erası mifdir. “Sülh müqaviləsi lakmus sınağıdır”.