
Ölkə içi
Məhkəməyə rəhbərlik bu hakimə tapşırıldı
Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr əvəzi təyin edilib.
Jamaz.info xəbər verir ki, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də ürəktutmasından vəfat edib.