
Ölkə içi
Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması zəruridir
Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.
Jamaz.info xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
“Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”, – deyə məlumatda qeyd edilib.