
Ölkə içi
Laçın yolunda aksiyanın 97-ci günü
Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 97 gündür davam edir.
Jamaz.info xəbər verir ki, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.
Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Şuşada hazırda az dumanlı hava şəraiti müşahidə olunur.
Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib.