
Ölkə içi
İlham Əliyev TDT liderlərinin zirvə görüşündə iştirak edəcək
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Birinci Zirvə görüşü keçiriləcək. Tədbir iki gün davam edəcək.
JAMAZ.İNFO xəbər verir ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.