Ölkə içi
Hansı təhsil işçiləri məktəblərə buraxılacaq? – Təhsil naziri açıqladı
Ölkə üzrə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev Baku TV-yə eksklüziv müsahibəsində danışıb.
Nazir qeyd edib ki, əks-göstəriş sertifikatı və immunitet sertifikatı olan təhsil işçiləri də məktəblərə buraxılacaqlar: “Hər bir məktəbdə vaksinasiya 80 faizə çatdıqdan sonra tədris əyani formaya keçir. Biz bu prosesi 80 faizə çatdırmışıq deyə əyanı prosesə keçirik, amma məqsədimiz bu rəqəmlə kifayətlənmək deyil”.